TZM Number 2 Plus – mebel istehsalçıları üçün yüksək məhsuldarlığa malik membran pres makinasıdır. Xüsusi silikon membran vasitəsilə qapı, fasad, şkaf, dekorativ divar paneli və digər qeyri-standart formalı detalların üzərinə PVC plyonka və ya digər örtüklərin keyfiyyətli şəkildə üzlənməsini təmin edir.Makina mürəkkəb formaları belə hamar səthlərlə örtməyə imkan verir, hazır məhsulda bərabər parlaqlıq və yüksək yapışma gücü yaradır.
• Tam avtomatik və rəqəmsal idarəetmə
Elektrik sistemi PLC və LCD operator paneli ilə idarə olunur. Hazır proqram rejimləri sayəsində operator yalnız
detalları yerləşdirir və prosesi bir düymə ilə işə salır.
• Yüksək keyfiyyətli komponentlər
Bütün elektrik və mexaniki hissələr tanınmış istehsalçılardan seçilib; bu da uzunömürlülük və stabil iş rejimi deməkdir.
• Bərabər istilik paylanması və enerjiyə qənaət
Vannalar istilikdaşıyıcı yağla qızdırılır, effektiv istilik izolyasiyası temperaturu sabit saxlayır və enerji sərfiyyatını azaldır.
•İki işçi masa – daha çox məhsuldarlıq
Pinli və sadə tipli iki masa dəyişmə vaxtını minimuma endirir və istehsalda sürəti artırır.
• Alman istehsalı Becker vakuum sistemi
Güclü vakuum motoru sabit və etibarlı sorulma yaradır, künclərdə belə örtüklərin qırışmadan üzlənməsinə kömək edir.
• Yüksək möhkəmlikli konstruksiya
Karkas manqanlı polad lövhələrdən yığılır, CNC mərkəzlərində dəqiq emal olunur və 500 tonadək təzyiqə dözür – bu da
uzunmüddətli istismar üçün əlavə təhlükəsizlikdir.
•Üst və alt qızdırma sistemi
Həm yuxarı, həm də aşağıdan qızdırma texnologiyası sayəsində səth keyfiyyəti ideal səviyyəyə çatır, yapışma daha güclü olur.
• 4 iş rejimi – müxtəlif detallar üçün çeviklik
Fərqli material və formadakı iş parçaları üçün uyğun rejimi seçmək mümkündür; bu da həm sadə MDF fasadlar, həm də mürəkkəb
relyefli qapılar üçün optimal nəticə verir. Həmçinin müasir qulplu modellərin keyfiyyətli şəkildə üzlənməsini təmin edir.
• Zavod zəmanəti
Makina istehsalçı tərəfindən 1 il rəsmi zəmanətlə təhvil verilir.
Ümumi ölçülər:
• Uzunluq: 12000 mm
• En: 2150 mm
• Hündürlük: 2250 mm
İşçi masasının ölçüləri:
• Uzunluq: 3000 mm
• En: 1300 mm
• Hündürlük: 40 mm
• Faktiki iş sahəsi:
2980 × 1310 × 40 mm
• İşçi gərginlik: 380V / 50Hz və ya müştərinin ölkəsinə uyğun
• Mənfi (-) təzyiq: 0 ~ 0.095 Mpa
• Müsbət (+) təzyiq: 0.5 ~ 0.6 Mpa
• Membran təzyiqi: 0.3 ~ 0.5 Mpa
• Yağ təzyiqi: 10 MPa (aşağı təzyiq: 4, yuxarı P25 kW)
• İş sürəti: 2 ~ 4 dəq / 1 dövr
• Maksimum emal hündürlüyü: 50 mm
• Təchizat sisteminin həcmi: > 0.5 m³
• Ümumi güc: 52.6 kW (işə düşdükdən sonra yarım güc rejimi)
• Üst qızdırma: 25.2 kW (iş zamanı yarım güc rejimi)
• Alt qızdırma: 14.4 kW (iş zamanı yarım güc rejimi)
• İstilikdaşıyıcı yağ nasosu: 0.4 kW
• Hidravlik stansiya: inteqrasiya olunmuş sistem
• Vakuum motoru: Alman istehsalı BECKER 100
• İdarəetmə sistemi: Yapon istehsalı PLC OMRON
• Ümumi çəki: təxminən 16000 kq
Mütəxəssis komandamız avadanlıqların stabil işləməsi üçün sürətli və etibarlı texniki dəstək göstərir.
+994 10 322 07 07